DAŞKƏNDDƏ BAYRAM MƏRASİMİ
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salona toplaşanları təbrik edərək bildirmişdir ki, bu bayram ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd edilən bayram sonra Azərbaycanın bütün ərazisində keçirilməyə başlamışdır. Sonra səfir ölkəmizdə bütün sahələrdə aparılan islahatlar haqqında məlumat vermişdir. Namiq Abbasov Daşkənddə yaşayan soydaşımız, Özbəkistanın əməkdar artisti, assosiasiyanın nəzdindəki “Azəri” uşaq rəqs ansamblının rəhbəri Kövkəb Əliyevanı yubileyi münasibətilə təbrik etmiş, Azərbaycanın mədəniyyət nazirinin təbrik məktubunun mətnini oxumuş, nazirliyin fəxri fərmanını təqdim etmişdir.
Mərasimin sonunda Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı viktorina keçirilmiş, qaliblərə qiymətli hədiyyələr verilmişdir.