DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ QEYD OLUNMUŞDUR
Əvvəl Özbəkistandakı səfirliyimiz, Mədəniyyət Mərkəzləri Assosiasiyası, Daşkənddəki Şərəf Rəşidov Fondu və 147 nömrəli məktəbin şagirdləri adından dahi şəxsiyyətin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə əklillər və gül-çiçək dəstələri qoyulmuşdur.
Səfir Namiq Abbasov Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişdir. O demişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf etmiş, “Əsrin müqaviləsi” imzalanmış, ölkə demokratik inkişaf yolunu tutmuşdur.
Soydaşlarımızdan Mobil Məmmədov, Həmid Hüseynov və Süleyman Məmmədov Heydər Əliyevin diasporun inkişafındakı rolundan danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]