İDMAN
David Alaba ardıcıl altıncı dəfə Avstriyada ilin ən yaxşı futbolçusu seçilib
Bakı, 21 dekabr, AZƏRTAC
2016-cı ilin ən yaxşı futbolçusu Avstriyada da açıqlanıb.
AZƏRTAC Avstriya mətbuatına istinadla xəbər verir ki, sözügedən ölkənin və Münxenin “Bavariya” futbol klubunun oyunçusu David Alaba mükafatı əldən verməyib.
İnformasiya agentliklərinin jurnalistləri və Bundesliqanın baş məşqçilərinin qatıldığı səsvermədə “Bavariya”nın müdafiəçisi “Lester”in futbolçusu Kristian Fuxs və “Leypsiq”in hücumçusu Marsel Sabitzeri geridə qoyub. Bu nəticə ilə 24 yaşlı Alaba ardıcıl 6-cı dəfə Avstriyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, 2009-cu ildən Avstriya millisinin formasını geyinən David Alaba yığmada 50 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]