Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi: Hədəflər və onlara çatmaq potensialı yüksəkdir

Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi: Hədəflər və onlara çatmaq potensialı yüksəkdir

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 29-cu ili tamam olub. Ötən dövrdə tərəflər arasında əlaqələr dinamik inkişaf edib.

Qeyd edək ki, müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər var idi. O dövrdə ki, rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilməmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi və Azərbaycanın BMT ilə əməkdaşlığı sistemli xarakter aldı. Ölkəmiz BMT-nin müxtəlif orqanları ilə səmərəli əlaqələr qurdu. Azərbaycan 1995-ci ildən başlayaraq BMT-nin seçkili orqanlarında, alt komitələrində və digər qurumlarında fəal təmsil olunur. Həmin qurumlar sırasında UNESCO-nu, UNICEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti haqqında Komissiyanı, İnsan Hüquqları Komissiyasını, Ümumdünya Səhiyyə Təşkilatı İcraedici Şurasını və sair göstərmək olar. Bunlardan əlavə, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və Ümumdünya Turizm Təşkilatının İcra Şurasına, BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasına üzv seçilib.

Azərbaycanın BMT qurumları ilə sıx əməkdaşlığı da diqqət çəkir. Misal olaraq, BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim inkişaf edən əlaqələri göstərmək olar.

Yeni mərhələ: Prezident İlham Əliyevin siyasi iradəsi və düşünülmüş əməkdaşlıq kursu

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 59-cu sessiyasında (2004-cü ilin sentyabrı) çıxış edərkən vurğulayıb: “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

Dövlətimizin başçısı həmin sessiyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyini diqqətə çatdırıb, onların həyata keçirilməsinin BMT TŞ üçün vacib olduğunu ifadə edib. Bundan sonra, həmin il oktyabrın 29-da BMT Baş Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə işğal olunmuş ərazilərimizdə vəziyyət məsələsi iclasın gündəliyinə salınıb.

Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə qətnamələr qəbul edilib. Həmin sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, qətnamələrdə Azərbaycanın işğal edilmiş torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.

Onu da bildirək ki, bu sənədlərdə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin məsələni birbaşa BMT qarşısında qətiyyətlə qaldırması sayəsində mümkün olub.

Qeyd edilənlərlə yanaşı, Azərbaycan-BMT əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr xüsusi yer tutur. Azərbaycan BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir.

Təbii ki, Azərbaycan-BMT münasibətlərindən bəhs edərkən ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürüldüyü, 155 səslə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildiyi xüsusi olaraq qeyd edilməlidir. Prezident İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və BMT-də böyük etibar qazanmasının göstəricisi idi.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa doğru…

Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən müstəqil dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Məsələn, Azərbaycan BMT-nin davamlı inkişafa aid proqramlarında iştirak edir. Bu baxımdan, 2015-ci il BMT sammitində növbəti 15 il ərzində (2030-cu ilədək) qlobal inkişafa dair bir sıra konkret hədəflərin (17 Davamlı İnkişaf Məqsədi üzrə 169 hədəf) müəyyən edilməsi xüsusi vurğulanmalıdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və sair mühüm məsələləri əhatə edir.

IV Çərçivə Sənədi və yeni reallıqlar

Bu əməkdaşlığın məntiqi davamı olaraq, bu ilin mart ayının ilk günlərində BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.

Qeyd etmək lazımdır ki, indiyədək BMT ilə Azərbaycan arasında 4 Çərçivə Sənədi icra edilib. Sənədlərin davamı olaraq, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması ilə bağlı qərar qəbul edilib və Sənədin əsas prioritet istiqamətləri müəyyən olunub. Çərçivə Sənədi DİM-lərə tam uyğun olmaqla, heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanır və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün ərazisində inklüziv olmaqla sosial-iqtisadi inkişaf prioritetlərini əhatə edəcək. Sənəd Azərbaycanın digər əraziləri ilə yanaşı, işğaldan azad edilmiş bölgələrini də əhatə edir. Bu isə bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın reallaşdırılmasında BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Çərçivə Sənədinin əhəmiyyəti nədir?

Sənədin əsas məqsədi iqtisadiyyatın transformasiyasında, əhalinin həssas təbəqələrinin ehtiyaclarının qarşılanmasında, COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması və münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək göstərilməsindən ibarətdir. Çərçivə Sənədi BMT-nin inkişaf sisteminin 2021-2025-ci illər üçün diqqətini yönəldəcəyi 4 prioritet sahəyə bölünür: həssaslığı azaldan və dayanıqlılığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət.

Qeyd edilən prioritet sahələrdə vətəndaşların, o cümlədən həssas qrupların əmək bazarında, innovativ iqtisadiyyatda layiqli iştirakı, keyfiyyətli dövlət və sosial xidmətlərdən faydalanması, təbii sərvətləri səmərəli idarə edən, dayanıqlılığı artıran siyasətdən bəhrələnməsi, eləcə də qadınları ayrı-seçkilik və zorakılıqdan qoruyan, bütün sahələrdə təmsilçilik üçün səlahiyyətlərini artıran mexanizmlərdən yararlanması hədəflənir. Eyni zamanda, Çərçivə Sənədində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı Azərbaycan Hökumətinə dəstəyin göstəriləcəyi barədə müddəalar öz əksini tapıb.

Çərçivə Sənədinin monitorinqi BMT-nin Ölkə üzrə İdarə Heyətinin əsas funksiyalarından biri olmaqla, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, birbaşa xidmətlər təmin edən nazirlik və tərəfdaşlarla yaxından əməkdaşlıq şəraitində aparılacaq. 2024-cü ildə Çərçivə Sənədi üzrə müstəqil qiymətləndirmənin aparılması nəzərdə tutulur.

Vurğulamaq lazımdır ki, Çərçivə Sənədinin icrası ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına, aparılan islahatlara və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə, insan kapitalının inkişafına töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib