Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dayanıqlı İnkişafa dair Bakı Forumu işini davam etdirir YENİLƏNİB VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC 

VI Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Forumun “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” mövzusuna həsr olunan ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq maraqlı tərəflərin prosesə cəlb edilməsi və bütün səviyyələrdə səmərəli iştirakının təmin olunmasına dair müzakirələr aparılır.

Sessiyaya moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzuların DİM-ə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

Hicran Hüseynova vurğulayıb ki, dayanıqlı inkişaf mövcud resurslardan məqsədyönlü şəkildə istifadə edərək onların gələcək nəsillərə ötürülməsini nəzərdə tutur. DİM-ə nail olmaq üçün vaxtın azlığını qeyd edən moderator bildirib ki, hər bir ölkə 17 məqsədin yerinə yetirilməsinə çalışsa da, bu, ölkələrin inkişaf səviyyəsindən asılıdır. Bu prosesdə heç kimin geridə qalmamasını təmin edərək hər kəsə bərabər şərait yaradılmalıdır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda institusional islahatların aparılması və ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan dövləti ölkə əhalisinin fəaliyyətinin ən yüksək səviyyədə təmin olunması üçün hər cür şərait yaradıb. Bundan başqa, Azərbaycanda əhalinin məşğulluğu, sosial müdafiə və təminat məsələlərinə dair bir sıra mühüm layihələr həyata keçirilib.

DİM-ə nail olunmasında gender bərabərliyinin rolunun önəmini vurğulayan H.Hüseynova bildirib ki, ölkəmizdə bu istiqamətdə çox güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu da cəmiyyətdə, ictimai, siyasi və s. sahələrdə qadınların rolunun gücləndirilməsinə şərait yaradıb. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini qeyd edən komitə sədri deyib ki, onun fəaliyyəti ölkəmizdə gender bərabərliyinin genişlənməsinə də şərait yaradıb.

Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Komitə sədri bu istiqamətdə vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlar ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyib.

Azərbaycanda aztəminatlı ailələrin, qadınların məşğulluqlarının təmin olunması istiqamətində görülən işlərdən danışan H.Hüseynova deyib ki, həyata keçirilən tədbirlər nəticəsində kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir.

Belarus parlamentinin sədr müavini xanım Marianna Şyotkina bildirib ki, hazırda Belarusda DİM strateji proqramlara əlavə edilir. Ölkədə bu baxımdan səhiyyənin inkişaf etdirilməsi, ömürboyu təhsilin təşviq edilməsi, məşğulluğun təminatı və digər istiqamətlərdə mühüm hədəflər müəyyənləşdirilib. Dövlətin dəstəyi olmadan bu tədbirləri həyata keçirmək mümkün deyil.

Belarusda əhalinin 50 faizdən çoxunu qadınların təşkil etdiyini vurğulayan M.Şyotkina deyib ki, bu nisbət iş yerlərində çalışan əhalinin sayında da özünü göstərir. Belarusda gender bərabərliyinin təmin olunması DİM-in həyata keçirilməsində akselerator rolunu oynayır. O, DİM-ə nail olunması istiqamətində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində vahid məlumat bazasının yaradılmasının önəmini vurğulayıb, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova bildirib ki, bu Forum Bakının dünyanı narahat edən problemlərin həllinə yüksək diqqət yetirməsinin göstəricisidir. DİM-ə nail olunmasında cəmiyyətin bütün təbəqələrinin iştirakının və yüksək səviyyədə əlaqələndirmənin önəmini vurğulayan Bahar Muradova Milli Məclisin ölkəmizdə bir çox problemlərin həlli istiqamətində mühüm qanunlar qəbul etdiyini deyib. O bildirib ki, parlamentin qəbul etdiyi qanunlar, Azərbaycanda büdcənin sosialyönümlü olması, ehtiyac meyarının ildən-ilə artırılmasının qanunvericilikdə təsbiti, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının yaradılması, əhalinin maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsi, iştirakçılık haqqında qanunun qəbulu, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər ölkəmizdə DİM-ə nail olunması baxımından çox əhəmiyyətlidir.

Parlamentin bu prosesdə bir sıra mühüm aspektlərə diqqət yetirməsinin əhəmiyyətini qeyd edən vitse-spiker bildirib ki, Milli Məclis qanun yaradıcılığı ilə yanaşı, onların icrasına nəzarət, büdcədə həssas qrupların, aztəminatlı təbəqələrin diqqət mərkəzində saxlanılmasına da çalışır. Bu sahədə fəaliyyət nəticəsində əldə olunan uğurlar DİM ilə bağlı Azərbaycanın təqdim etdiyi icmalda əksini tapıb.

Parlamentin DİM-in həyata keçirilməsində əsas qurumlardan biri olduğunu vurğulayan Bahar Muradova bu baxımdan güclü, şəffaf inklüziv qruplar üçün qanunvericilik bazasının möhkəmləndirilməsinin mühüm yer tutduğunu deyib.

Parlamentin digər funksiyasının təmsilçilik olduğunu qeyd edən Milli Məclisin sədr müavini bildirib ki, təmsilçilik prosesində DİM-ə çatmağa mane olan problemlərin, qanunlardakı boşluqların, cəmiyyət həyatında məqsədlərə çatmağı ləngidən səbəblərin monitorinqini aparmaqla qanunvericilik sahəsində hədəfləri müəyyənləşdirə və əsas hədəflərimizə nail ola bilərik. Parlament hökumətin diqqətini DİM-ə yönəltməklə yanaşı, bu sahədə ictimai müzakirələr təşkil etməklə bütün maraqlı qrupların bu prosesə cəlb olunmasını, onların iştirakını təmin etməyi və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir. O, bu baxımdan Milli Məclisin İqtisadiyyat Nazirliyi ilə birlikdə qanunların icrasının monitorinqini apardığını bildirib.

Bahar Muradova DİM-in icrasına dəstək verən qanunların qəbulunun vacibliyini qeyd edib. Bildirib ki, bu prosesdə parlamentlə yanaşı, DİM-in reallaşmasına cəlb olunan bütün qruplar fəal iştirak etməlidirlər. O, ölkəmizdə bir sıra qanunlara dəyişiklik və əlavələrin olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bildirib ki, təkcə azad iqtisadi zonanın yaradılması 80-ə yaxın qanuna əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutur.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, dünyada baş verən hadisələr inkişafın yetərli olmadığını göstərir, bunun üçün sabitliyin təmin edilməsi vacibdir. Dünyanın gələcəyi üçün insanın yaradıcı və yenilikçi olması, əməkdaşlığa meyilliliyi vacib əhəmiyyət daşıyır. DİM-in hazırlanmasında cəmiyyətin bütün təbəqələrinin iştirak etdiklərini vurğulayan T.Mirkişili bildirib ki, buna görə də bu məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi zəruridir. Dünyada orta yoxsulluq həddinin 1990-cı ilə nisbətən iki dəfə azaldığını deyən deputat qeyd edib ki, cəmiyyətin inkişafı yoxsulluq anlayışının əhatə dairəsini dəyişdiyini göstərir.

Müasir texnologiyaların inkişafı nəticəsində mərkəzində insan olan yeni idarəetmə fenomeninin yaradıldığını qeyd edən T.Mirkişili bildirib ki, Azərbaycan DİM-də əksini tapan hədəflərin bir çoxuna nail olub. Azərbaycanda son 15 ildə yoxsulluq on dəfədən çox azalıb. Azərbaycanda ailə təsərrüfatının inkişafı, özünüməşğulluğun təminatı istiqamətində dövlətin yürütdüyü siyasət bu sahədə də mühüm uğurların qazanılmasına təminat yaradır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclər böyük potensiala malikdir, onlara daim yüksək diqqət göstərilir. Buna görə də Azərbaycan dövlətinin gənclərlə bağlı qəbul etdiyi dövlət sənədlərində DİM ilə uzlaşan bir çox məsələlər əksini tapıb. Onların arasında gənclərin qərarvermə prosesində iştirakı, erkən nikahların qarşısının alınması, liderlik məktəblərinin təşkili kimi məsələlər mühüm yer tutur.

Gənclərin cəmiyyətdə həmişə yüksək fəallıq göstərdiklərini, onların yeni ideyalarla çıxış etmək imkanlarına sahib olduqlarını vurğulayan İ.Babayev bu baxımdan DİM-in hər bir məqsədi üzrə 17 gənc səfirin seçilməsinin dövlət və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın göstəricisi olduğunu deyib. Nazir müavini vurğulayıb ki, Azərbaycan gəncliyi DİM ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər cür qabiliyyətə və istedada malikdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova Şuranın sıralarında 127 gənclər təşkilatını birləşdirdiyini vurğulayıb. O, GTMŞ-yə üzv qurumların DİM-ə nail olunması prosesində fəallıq göstərdiklərini vurğulayıb. 2016-cı ildən "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının reallaşdırılmasına başlanıldığını deyən qurumun sədri bildirib ki, kampaniya çərçivəsində ölkəmizin müxtəlif bölgələrində geniş layihə və tədbirlər reallaşdırılıb. Şuranın sədri bu tədbirlərdə gənclərə DİM haqqında ətraflı məlumat verildiyini bildirib.

Bu gün Azərbaycanda gənc liderlərin yetişməsi və fəaliyyəti üçün geniş imkanların yaradıldığını vurğulayan M.Məcidova həyata keçirilən tədbirlər barədə məlumat verib.

Dayanıqlı İnkişafa dair Bakı Forumu işini davam etdirir YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb