“Deloitte” ilə enerji keçidinə və innovasiyalara dair əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Deloitte” şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə “Deloitte” ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib.
Tərəflər qlobal enerji keçidində trendlər, sənayedə dayanıqlılıq və karbonsuzlaşma təşəbbüsləri, həmçinin innovasiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb, əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]