“Dəniz kuboku-2017” müsabiqəsinin püşkatma mərasimi keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmanın nəticələrinə əsasən müsabiqənin 1-ci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib. Sıralanmaya görə epizodun icrasına birinci Rusiya, ikinci Qazaxıstan, üçüncü Azərbaycan, dördüncü isə İran başlayacaq.