“Dəniz kuboku” müsabiqəsinin iştirakçıları yoldaşlıq görüşlərində güclərini sınayıblar
Bakı, 31 avqust, AZƏRTAC
Bakıda keçirilən “Dəniz kuboku” müsabiqəsinin iştirakçıları voleybol və mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, voleybol matçında rusiyalı hərbi dənizçilərə 3:0 hesabı ilə qalib gələn komandamız, mini-futbol yarışında 2:3 hesabı ilə məğlub olub.
Komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.