Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır
Bakı, 26 fevral, AZƏRTAC
Uzun müddətdir ki, BMT çərçivəsində müstəmləkəçiliyə son qoyulub. Təəssüflər olsun ki, Fransa kimi ölkələr hələ də müstəmləkəçi siyasətini davam edir. O, yerli xalqların hüquqlarını pozur, eyni zamanda, onların təbii resurslarını istismar edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə bildirib.
O, Azərbaycanın həmin xalqların azadlıq uğrunda mübarizəsini yaxşı başa düşdüyünü qeyd edərək deyib: “Ona görə də Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda neokolonializm məsələsini gündəmə gətirir. Bakı Təşəbbüs Qrupunun yaradılması Azərbaycanın neomüstəmləkəçiliyin heç bir halı ilə barışmamasının bir təzahürü idi. Fransa kimi ölkələr öz müstəmləkəçi siyasətinə hələ də davam edir və buna qarşı çıxan Azərbaycana təzyiq göstərməyə çalışırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]