DEPUTATLARIMIZ AŞPA-DA SƏNƏDLƏR YAYMIŞLAR
AŞPA-nın yaz sessiyasında iştirak edən deputatlarımız ölkə ictimaiyyətini düşündürən, narahat edən bir sıra problemlərlə bağlı sənədlər yaymışlar.
Milli Məclisin deputatı Nairə Şahtaxtinskayanın hazırladığı “Ermənistan Respublikası ərazisində xarici hərbi bazaların yerləşdirilməsi və Cənubi Qafqaz regionunda tarazlığın pozulması təhlükəsi” adlı sənədə 51 deputat imza etmişdir. Sənəddə 2002-ci ildə Gürcüstan ərazisindən çıxarılmış Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsinin qonşu ölkələr üçün ciddi təhlükə yaratmasından, Ermənistanın təcavüzü nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin işğalından, münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət açılmış, Avropa Şurasının Ermənistan ərazisində hərbi bazaların yerləşdirilməsinə münasibətini bildirməsinin vacibliyi vurğulanmışdır.
Digər deputatımız Rəfael Hüseynovun tövsiyə üçün təklif formasında hazırladığı 9750 nömrəli sənəd “Kartoqrafik işğalçılıq - toponimlərin siyasi məqsədlərlə kütləvi şəkildə dəyişdirilməsi və xəritə təhrifləri” adlanır. Onu İngiltərə, İspaniya, İtaliya, Belçika, Avstriya, Macarıstan, Rumıniya və başqa ölkələrin deputatları imzalamışlar. Sənəddə Ermənistan, Gürcüstan və Rusiya Federasiyasına daxil Dağıstan ərazisindəki Azərbaycan mənşəli toponimlərin kütləvi şəkildə dəyişdirilməsindən söhbət gedir.
R.Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində vurğulamışdır ki, yaxın gələcəkdə bu problemlə bağlı məruzəçi təyin olunacaqdır. Həm Azərbaycan, həm də Avropanın bir sıra, xüsusən münaqişəli bölgələri üçün ciddi əhəmiyyət daşıyan problem müzakirə ediləcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]