Diaspor könüllüləri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər
Bakı, 23 aprel, AZƏRTAC
“Azərbaycan Diaspor Könüllüləri” Proqramının iştirakçıları ilə videokonfrans keçirilib. Konfransda karantin dövrü və karantindən sonrakı planlar müzakirə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, gənclər COVID-19 pandemiyası zamanı evdə olduqlarını və mütaliə etdiklərini bildiriblər. O cümlədən gənclər gələcək layihələr haqqında planlar hazırladıqlarını da qeyd ediblər. Müzakirələr çərçivəsində gənclər tərəfindən bir sıra maraqlı təklif və layihələr irəli sürülüb.
Müzakirələrdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov, Bakıda və müxtəlif regionlarda yaşayan 21 diaspor könüllüsü iştirak edib.
Konfransın yekununda gənclər belə müzakirələrin əhəmiyyətini qeyd edərək, növbəti videomüzakirənin xaricdə yaşayan azərbaycanlı gənclər ilə təşkil olunmasını təklif ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]