DİM Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində imtahanlar keçirib
Bakı, 14 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunmuş imtahanlarda 413 şagird iştirak edib.
İmtahanlar DİM-in saytında yerləşdirilmiş cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılıb.
Növbəti imtahanın noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, DİM-lə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əldə edilmiş razılığa əsasən, Mərkəz tərəfindən 2021-ci il ərzində məktəbin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçiriləcək.