DİN: 8,3 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 15 fevral, AZƏRTAC
Polis əməkdaşlarının fevralın 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 3,6 kiloqramdan artıq heroin, 4,6 kiloqramdan çox marixuana, 80 qrama yaxın tiryək və metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:34]
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib
- 12.10.2026 [12:38]
Qadın hərbi kursantlarla görüş olub
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]