DİN İdman Cəmiyyətinin boksçuları Saratovda yeddi medal qazanıblar
Bakı, 23 dekabr, Leyla Qurbanova, AZƏRTAC
Saratovda idman veteranı V.Q.Sosnerin xatirəsinə həsr olunmuş kadet, yeniyetmə və gənclər arasında boks üzrə açıq turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin 9 boksçusu təmsil edib.
İdman cəmiyyətinin baş məşqçisi, Əməkdar məşqçi Yadigar Məmmədovun verdiyi məlumata görə, komandamız yarışda 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Aslan Sultanov (50 kq), Ehtiram Abdullayev (54 kq), Eldar Babayev (60 kq) və Elmir Novruzov (66 kq) turnirin qalibi adına layiq görülüblər. Eldar Məmmədov (+80 kq) ikinci, Xalid Məmmədov (60 kq) və Umudəli Əzizov (59 kq) isə üçüncü yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]