“Dinamo” (Tbilisi) ilə matçda "Neftçi" hesabda önə çıxıb
Bakı, 14 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıdakı "Bakcell Arena"da “Neftçi”- “Dinamo” (Tbilisi) matçı davam edir.
AZƏRTAC xəbər verir ki, moldovalı baş hakim Dumitri Munteanın idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan "Dinamo" futbolçuları görüşün 51-ci dəqiqəsində istəklərinə çatıblar. Belə ki, Milan Radin oyunda hesabı açıb. Kobud oyuna görə, Tbilisi təmsilçisinin qapısına təyin olunan penalti zərbəsini matçın 58-ci dəqiqəsində dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1. On bir dəqiqə sonra "Neftçi"nin futbolçusu Namiq Ələsgərov komandasını hesabda önə çıxarıb -2:1.
Hazırda ikinci hissə davam edir.