Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilib

Parlamentin plenar iclasında, həmçinin bəzi qanunlara dəyişikliklər edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.

İclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi barədə məlumat verən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan cəmiyyətində belə bir qanunun olması ilə əlaqədar uzun müddətdir parlamentə kifayət qədər təkliflər daxil olub.

Qeyd edilib ki, dünyada və Azərbaycanda baş verən son hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır. Hazırda dünyada fərqli adlar altında ayrı-ayrı ölkələrə müxtəlif ideyalar ixrac olunur. Xüsusilə, din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İxrac olunan bu ideyalar digərlərindən çox kəskin şəkildə fərqlənir. Çünki burada mənəviyyat və insanların inancından sui-istifadə məsələsi var. Ona görə də həmin şəxslərə qarşı cəzalar qanunvericiliyin tələblərinə uyğun şəkildə daha kəskin olmalıdır.

S.Novruzov qanun layihəsinin qəbulunun vacib olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın dini modeli ən düzgün modeldir. Azərbaycanda dövlət həmişə dinin yanında olub. Başqa ölkələr bu sahədə bizə qibtə edə bilər. Yeni qanunun əsas məqsədi ölkəyə yeridilən xarici ideologiyanın qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirirlər. Bu qanunla belə hərəkətlərin qarşısını almağa çalışırıq.

Komitə sədri deyib ki, Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar.

Diqqətə çatdırılıb ki, belə bir qanunun qəbul edilməsinə çoxdan ehtiyac var idi. Çünki xaricdə dini təhsil alanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Jurnalistlər də bu məsələdə məsuliyyətli olmalıdırlar. Son hadisələr göstərdi ki, vətəndaşlar da ayıq-sayıq olmalıdır. Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək dövlət quruluşunu müəyyən ediblər. Ancaq haradasa dini təlim keçmiş bəzi insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Belə halların qarşısını vaxtında almaq lazımdır.

Qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına, həmçinin bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur. Qanun layihəsində qeyd olunur ki, dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan olunur. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır. Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, eyni zamanda, hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə etməkdir. Bundan başqa, dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi, həmçinin dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü də əsas prinsiplərə daxildir.

Milli Məclisin sədr müavini Bahar Muradova qanun layihəsinin İslam ekstremizmi ilə deyil, ümumilikdə dini ekstremizmlə bağlı olduğunu vurğulayaraq deyib: “Deputat həmkarlarımızdan xahiş edirəm ki, bu qanun layihəsi barədə danışanda təkcə Nardaran hadisələrini, İslam ölkələrində baş verənləri deyil, digərlərini də qeyd etsinlər. Çünki Avropanın mərkəzində ekstremizmə dövlət səviyyəsində dəstək verən bütün dairələr fikirlərini əsaslandırarkən İslam fundamentalizmindən, islami ekstremizmdən misal gətirirlər. Bununla da İslamı gözdən salmağa çalışırlar. Amma ən zərərli islamofobiya İslam dünyasının özünün daxilindədir. Biz öz dinimizə həddən artıq tənqidi yanaşmalar ortaya qoyuruq. Avropadan daha artıq islamofob ola bilirik. Ona görə bu məsələlərdə daha diqqətli olmaq lazımdır.

Azərbaycanda çoxsaylı dinlərin, eləcə də bu dinlər çərçivəsində yaranan çoxsaylı cərəyanların nümayəndələri var. Çoxlu dini mərkəzlər fəaliyyət göstərir. Biz fikirlərimizi hərtərəfli əsaslandırmalıyıq. Cəmiyyət də anlamalıdır ki, biz bu qanunu yalnız islami ekstremizmlə bağlı qəbul etmirik. Əlbəttə, baş verən hadisələr bizi həddən artıq narahat edir. Elə buna görə də biz məsələyə daha geniş, qlobal, hərtərəfli baxmalıyıq, mövqelərimizi bu istiqamətdə əsaslandırmalıyıq. Hökumətin atdığı addımlar tam hüquqa uyğundur. Düşünürəm ki, bizim verdiyimiz təkliflər və qanunun icrasında əldə rəhbər tutulacaq məqamlar vəziyyəti daha yaxşı tənzimləməyə imkan verəcək”.

Bahar Muradova Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğulayıb. Bildirib ki, bizim dinimiz, istənilən dinlər mədəniyyətimizin tərkib hissəsidir. Həyatımızı dini, milli dəyərlərə və qanunlara uyğun qurmalıyıq. Hazırda təqdim olunan qanun da belə çaşqınlıq vəziyyətində olan insanlara dəstək vermək, onların ekstremizmə yuvarlanmasının qarşısını almaq üçündür.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün hər hansı bir cinayətkar dəstənin əlinə silah alıb Azərbaycan Konstitusiyasına və dövlətinə qarşı qalxmasının ən ağır cinayət olduğunu söyləyib. O deyib: “Kimlərsə harada gəldi qara bayraqlar asırlar. Adını da İslam dininə və imamlara bağlayırlar. Bu günah deyilmi? Hələ bir neçə əsr əvvəl Mirzə Fətəli Axundov, Mirzə Cəlil və Mirzə Ələkbər Sabir mövhumatçılığa, cəhalətə qarşı mübarizə aparıblar. İndi kimlərsə yenidən bizi o cəhalətə sürükləmək istəyir. Amma artıq bəsdir. Azərbaycanın bir bayrağı var. Onun da üç rəngi var. Hər yerdə bu bayraq asılmalıdır. Bu dövləti bizə ulu öndər Heydər Əliyev əmanət edib. Əmanətə xəyanət edənlər də cəzalandırılacaq”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın gündəliyində olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlara, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilməsi barədə qanun layihələri haqda məlumat verib. O bildirib ki, bu qanunlara təklif olunan dəyişikliklər əsasən “Dini ekstremizmlə mübarizə haqqında” Qanunun müddəaları ilə əlaqədardır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinə “Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi” və “Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, yaxud dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması” bəndləri əlavə edilir.

“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində isə qeyd olunur ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması yolverilməzdir.

İclasda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisdə qaldırılan məsələlərə münasibət bildirib. O qeyd edib ki, həqiqətən də İslamda dini bayraq anlayışı yoxdur. Əvvəllər belə yaşıl bayraqlar olub, lakin bunlar da müəyyən döyüşlər zamanı istifadə edilib. M.Qurbanlı deyib: “Bilirsiniz ki, dinlə bağlı müxtəlif tədbirlər keçirilir və bəzi radikal qruplar bu tədbirlərdən sui-istifadə edərək müxtəlif dini şüarları, rəmzləri nümayiş etdirirlər. Bunun qarşısı alınmalıdır. Çünki digər ölkələrdə də bu cür hallara qarşı müvafiq qadağalar var”.

Xaricdə təhsil məsələsinə gəldikdə, M.Qurbanlı deyib ki, burada səsləndirilən fikirlər indiyədək xaricdə təhsil alan şəxslərə tətbiq edilməyəcək. Amma insanlar nəyinsə xatirinə xaricdə təhsil almaqda maraqlıdırlar. Bunun qarşısını almaqdan ötrü Azərbaycanda ödənişsiz təhsil verən bir müəssisənin yaradılması ilə bağlı təklif var. Çünki xarici universitetlərdə dini təhsil pulsuzdur. Ona görə də orada oxumaq istəyənlərin qarşısında əlverişli şərait yaranır. Təbii ki, tələbə təhsil aldığı ölkənin ideologiyasını mənimsəyir və onu digər yerlərdə də tətbiq etməyə çalışır. Digər tərəfdən, biz bununla bağlı ortaya kəskin mövqe qoyduqda valideynlər də başa düşəcəklər ki, onun övladının xaricdə təhsil almasının heç bir əhəmiyyəti olmayacaq.

“Polis haqqında” Qanuna təklif olunan düzəlişdə deyilir: terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqinə icazə verilir.

Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə min manatdan beş min manata qədər cərimə və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

İclasın gündəliyində olan sonuncu məsələ “Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi idi.

Müzakirələrdən sonra bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib