Dini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər

Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı “Müqəddəs Məryəm Ana” kilsəsini ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər.
QMİ-nin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri görkəmli din xadimi, Müqəddəs Taxt-Tacın başçısı Roma Papası Fransiskin vəfatını bütün dünya ictimaiyyəti üçün böyük itki hesab etdiklərini bildirib, ruhuna dualar oxuyublar.
Kilsədə açılan xatirə kitabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Papa Fransiskin dünyada sülhə, əmin-amanlığa və dinlərarası anlaşmaya yönəlmiş fəaliyyətinə böyük qiymət veriblər. Başsağlığını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Alban-Udi Xristian icmasının sədri Robert Mobili imzalayıblar.
Görüşdə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri adından çıxış edən şeyxülislam Allahşükür Paşazadə mərhum Roma Papasının 2016-cı ildə ölkəmizə səfərini, Heydər məscidində dindarlar qarşısında çıxışını xatırladıb, ona “Qurani-Kərim” bağışladığını yada salıb. QMİ sədri bildirib ki, Müqəddəs Taxt-Taca rəhbərliyi dövründə Papa Fransisk Azərbaycan Prezidenti İlham Əliyevlə, birinci xanım Mehriban Əliyeva ilə dəfələrlə görüşüb, ölkəmizdəki dini harmoniyanı yüksək dəyərləndirib. O, dünya katoliklərinin yeni seçiləcək liderinin də mərhum Fransiskin Azərbaycanla bağlı xoş münasibətlərini davam etdirəcəyinə ümidvar olduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [19:26]
Solyarinin zərərləri hansılardır? VİDEO
- 13.05.2025 [18:30]
Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb
- 13.05.2025 [17:58]
Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib
“Praqa Baharı” musiqi festivalı yenidən qapılarını qonaqlara açıb
- 13.05.2025 [23:41]
Ukrayna Silahlı Qüvvələri: Cənub regionlarında qızğın döyüş gedir
- 13.05.2025 [22:33]
Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb
- 13.05.2025 [21:36]
Kanadanın Baş naziri hökumətin yeni tərkibini formalaşdırıb
- 13.05.2025 [21:13]
Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb
- 13.05.2025 [20:56]
İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 13.05.2025 [20:08]
Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək
- 13.05.2025 [20:05]
ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq
- 13.05.2025 [19:40]
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da olub
- 13.05.2025 [19:01]
DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
- 13.05.2025 [18:56]
Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb
- 13.05.2025 [18:30]
İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir
- 13.05.2025 [18:29]
Akademik Telman Əliyevin 90 illik yubileyi qeyd olunub
- 13.05.2025 [18:22]
Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb
- 13.05.2025 [18:19]
Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib
- 13.05.2025 [17:58]
Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir
- 13.05.2025 [17:48]
Stokholm sakinlərinin iqtisadi əhvali-ruhiyyəsi zəifləyir
- 13.05.2025 [17:45]
Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib
- 13.05.2025 [17:44]
“Qonağınız müəllimlərinizdir” layihəsi bu dəfə Qəbələdə reallaşıb
- 13.05.2025 [17:38]
“Üç kitabın bir təqdimatı” - unudulmaz qələm sahiblərinə ədəbiyyat abidəsi
- 13.05.2025 [17:37]
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
- 13.05.2025 [17:35]
Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib
- 13.05.2025 [17:30]
Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir
- 13.05.2025 [17:24]
Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar
- 13.05.2025 [17:18]
Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib
- 13.05.2025 [17:17]
Xəzər rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib
- 13.05.2025 [17:14]
Türk dünyası ərazisinin davamlı inkişafına dair kitab nəşr edilib
- 13.05.2025 [17:11]
AMEA-nın Nadir ağaclar parkı gələcəkdə elmi-təcrübi baza rolunu oynayacaq
- 13.05.2025 [17:06]
“Bakıdan Belenə” Yol xəritəsi COP30-da təqdim ediləcək
- 13.05.2025 [17:05]
Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb
- 13.05.2025 [17:03]
Şair-qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə - “Hələ də gec deyil”
- 13.05.2025 [17:00]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 13.05.2025 [16:46]
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 13.05.2025 [16:37]
TÜRKSOY-un Baş katibi: Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir
- 13.05.2025 [16:36]
Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər
- 13.05.2025 [16:34]
“Almaniya Krallığı” təşkilatı qadağan edilib
- 13.05.2025 [16:32]
Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 13.05.2025 [16:32]
Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil edilib
- 13.05.2025 [16:29]
Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir
- 13.05.2025 [16:28]
Energetika nazirinin müavini Özbəkistan Enerji Həftəsində iştirak edib
- 13.05.2025 [16:27]
Etna vulkanı yenidən oyanıb
- 13.05.2025 [16:23]