Dohada keçiriləcək Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinə 8 mindən çox iştirakçı qatılacaq
Qahirə, 30 oktyabr, AZƏRTAC
Noyabrın 4-dən 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək Sosial İnkişaf üzrə İkinci Dünya Sammitində 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Qətərin BMT-dəki daimi nümayəndəsi Şeyxə Əlya Əhməd bin Seyf Al Sani bu gün keçirilən brifinqdə deyib. Brifinqdə BMT Baş Assambleyasının prezidenti Annalena Berbok da iştirak edib.
Qətər nümayəndəsi bildirib ki, bu sammit Kopenhagen Konfransından 30 il keçdikdən sonra sosial inkişaf və inklüzivliyin ortaq öhdəliyini yeniləmək və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün sürətli addımlar atmaq hədəfini güdür.
Sammit “Doha Bəyannaməsi”nin qəbul edilməsi ilə yekunlaşacaq. Sənəddə yoxsulluğun aradan qaldırılması, hamı üçün layiqli iş imkanlarının yaradılması və sosial inklüzivliyin təmin edilməsi kimi mühüm mövzular əks olunacaq.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasının ötən il fevralın 26-da keçirilmiş sessiyasında 2025-ci ildə Sosial İnkişaf üzrə Dünya Sammitinin çağırılması barədə qərar qəbul edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]