“Dolu” filmi cəzaçəkmə müəssisələrində nümayiş olunmuşdur
Bakı, 29 iyun (AZƏRTAC). Tanınmış yazıçı, Milli Məclisin deputatı, Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş eyni adlı film Penitensiar Xidmətin 10 və 6 saylı cəzaçəkmə müəssisələrində nümayiş etdirilmişdir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, filmin nümayişindən əvvəl yaradıcı heyətin məhkumlarla görüşü olmuşdur. Görüşdə filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissor Elxan Cəfərov, rejissor Əliqulu Səmədov, quruluşçu operator Nadir Mehdiyev, əməkdar artist Məmməd Səfa və başqaları iştirak etmişlər.
Filmdəki ayrı-ayrı epizodlar, xüsusən Vətən uğrunda canlarını əsirgəməyən qəhrəmanların birlikdə işğal olunmuş torpaqlarımıza doğru addımlamasını əks etdirən final səhnəsi ekran əsərinə tamaşa edən məhkumların böyük marağına səbəb olmuşdur.
Sonda A.Abbas müəssisələrin kitabxanalarına müəllifi olduğu kitabları hədiyyə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]