Donald Tramp: BRICS ölkələrinin dolları əvəz etmək şansı yoxdur
Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, BRICS ölkələrinin ABŞ dollarını əvəz etmək şansı yoxdur.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, “Truth Social” sosial media platformasında Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çinin iqtisadi ittifaqına toxunan Donald Tramp vurğulayıb: “"BRICS ölkələrinin dollardan uzaqlaşmağa çalışdığı, bizim isə dayanıb bunu seyr etdiyimiz dövr bitdi! ABŞ-a “düşmən kimi görünən” BRICS ölkələri nə yeni valyuta yaradacaq, nə də dolları əvəz edəcək başqa valyutanı dəstəkləməyəcək, əks halda onlara qarşı 100 faizlik tariflər tətbiq ediləcək. Onlar soymaq üçün başqa bir millət tapa bilərlər. BRICS-in beynəlxalq ticarətdə və ya başqa sahədə ABŞ dollarını əvəz etməsi şansı yoxdur, buna cəhd edən hər hansı bir ölkə tarifləri qəbul etməli və Amerika ilə vidalaşmalıdır!”
Xatırladaq ki, BRICS üzvləri son illərdə Ukraynada genişmiqyaslı müharibəyə başlayan Rusiyaya qarşı ABŞ-ın 2022-ci ildə sanksiyalar tətbiq etməsindən sonra müzakirələrin intensivləşməsi fonunda dollardan başqa valyutaya keçidi müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]