Donald Tramp ilə Kim Çen In arasında görüş başa çatıb
Bakı, 12 iyun, AZƏRTAC
Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında görüş başa çatıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 5:00) Sinqapurun Sentosa adasındakı “Kapella” mehmanxanasında başlayan görüşdən əvvəl hər iki lider ABŞ və Şimali Koreya bayraqlarının qarşısında bir-birlərinin əlini sıxdıqdan sonra bərabər olaraq təkbətək görüşün keçiriləcəyi otağa keçiblər.
Görüşdən sonra hər iki lider mətbuat nümayəndələrinə qısa açıqlamalar verib.
Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Kim Çen In isə “Buraya gəlmək asan olmadı. Maneələr vardı ancaq bunları aşaraq buraya gəlmişik”,- deyə bildirib.
Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]