Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi
Bakı, 12 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ilə təkbətək görüşün çox yaxşı keçdiyini bildirib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qısa açıqlamasında böyük problemlərinin həllinə nail olacaqlarını deyib.
Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər - Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]