Donald Tramp Nobel mükafatını arzulamadığını deyir
Bakı, 2 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq kimi bir arzusunun olmadığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət başçısı bu barədə “The Daily Caller” portalının jurnalistinin müvafiq sualını cavablandıran zaman deyib.
Prezidentin sözlərinə görə, onun yeganə istəyi gördüyü işlərə və xidmətlərinə ədalətli münasibət göstərilməsidir. Ağ Evin rəhbəri hesab edir ki, ikinci prezidentlik müddətinin əvvəlindən etibarən onun səyləri nəticəsində dünyada yeddi silahlı münaqişənin qarşısı alınıb. “Heç kim buna nail ola bilməmişdi”, - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, avqustun ortalarında NBC telekanalı Ağ Ev nümayəndəsinə istinadla Donald Trampın Nobel Sülh Mükafatını çox arzuladığını, lakin bunun baş verəcəyinə inanmadığını yazmışdı. Bundan öncə isə Norveç mediası ABŞ Prezidentinin bu məsələ ilə bağlı Skandinaviya ölkəsinin maliyyə naziri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqlə telefon danışığı apardığı ilə bağlı məlumat yaymışdı. Ağ Evin nümayəndəsi Trampın Stoltenberqlə telefon danışığının olduğunu təsdiqləsə də, söhbətin məzmununa aydınlıq gətirməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]