Donald Tramp şatdaunu Demokratlar Partiyasının “kamikadze hücumu” adlandırıb
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
Demokratlar Partiyasının Senatda etdikləri kamikadze hücumuna bənzəyir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bildirib ki, qarşıdurmanı başladan onlardır: “Onların heç nəyi qalmayıb. Ona görə bu, kamikadze hücumuna bənzəyir. İtirən onlardır. Demokratlar Partiyası prezident seçkilərində böyük fərqlə məğlub olub. Keçən gün gördüm ki, Kamala Harris nəticələrin çox yaxın olduğunu deyir. Bu, indiyə kimi olmuş ən böyük qələbələrdən biri idi”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]