Donald Tusk İlon Maskı “kiçik tərəfdaşlara” hörmətlə yanaşmağa çağırıb
Bakı, 10 mart, AZƏRTAC
Polşanın Baş naziri Donald Tusk İlon Maskla xarici işlər naziri Radoslav Sikorski arasında qızğın fikir mübahisəsinə cavab olaraq iş adamını “kiçik və zəif tərəfdaşlara” hörmətlə yanaşmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Tusk bu fikri “X” sosial platformasında ingilis dilində yazıb.
“Əsl liderlik partnyorlara və müttəfiqlərə hörmət deməkdir - hətta kiçik və zəiflər üçün də. Heç vaxt təkəbbür demək deyil. Əziz dostlar, bu barədə düşünün”, - deyə Baş nazir vurğulayıb.
Bir gün əvvəl Sikorski və Maskın sosial şəbəkədə mübahisəsi baş verib. İlon Mask Ukraynadakı “Starlink” terminallarını nəzərdə tutaraq bildirib ki, “əgər internet rabitəsini kəssəydi, cəbhə xətti dağılacaqdı”. Sikorski isə Kiyev üçün başqa rabitə xidməti provayderi tapacağı ilə hədələyib. Mask Sikorskinin sərt sözlərinə cavab olaraq onu “kiçik adam” adlandırıb.
Öz növbəsində ABŞ Dövlət katibi Marko Rubio deyib ki, Vaşinqton Ukraynanı “Starlink”dən ayırmaq niyyətində deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]