Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI

AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sənədlərin imzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Leonid Kuçma birgə mətbuat konfransı keçirmişlər.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN BƏYANATI

- Çox hörmətli İlham Heydər oğlu!

Əziz azərbaycanlı dostlar!

Xanımlar və cənablar!

Prezident başda olmaqla Azərbaycan Respublikasının yüksək nümayəndə heyətini Ukrayna torpağında salamlamaq mənim üçün böyük şərəfdir. Mən qəti əminəm ki, bu səfər sizə ən xoş təəssürat bağışlayacaqdır. Siz bilirsiniz ki, bugünkü görüşümüzü mən Heydər Əliyevin xatirəsi haqqında sözlərlə başladım. Mən bununla başlamaya bilməzdim, çünki bu insan Ukrayna-Azərbaycan dostluğu üçün çox işlər görmüşdür. O, həmişə kömək əlini uzatmağa hazır idi və Ukrayna bu və ya digər problemlə qarşılaşarkən bunu edirdi. Bu müdrik insanla ünsiyyətdə olmaqdan mən həmişə, sadəcə, çox böyük məmnunluq duyurdum. O, həmişə öz ağıl-zəkası ilə yaşayırdı. Bilirsiniz ki, prezidentlərin həmişə çoxlu məsləhətçisi olur. Bax, mən bunu nəzərə çarpdırmaq istərdim.

İlham Heydəroviçlə bizim bütün problemləri, ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanımız oldu. Biz şadıq ki, münasibətlərimiz yüksələn xətlə inkişaf edir, iqtisadiyyatda əmtəə dövriyyəsi də artır, bütün digər sahələrdə, o cümlədən, siyasi sahədə, beynəlxalq aləmdə də münasibətlərimiz genişlənir. Bu gün siz özünüz də burada, bu salonda imzalanmış sənədlərin sayına görə gördünüz ki, biz doğru yoldayıq. Sadə sözlərlə desək, indi mövcud olan bütün problemlər barəsində bizim aramızda qarşılıqlı anlaşma var və biz onları həm ikitərəfli formatda, həm də bütün beynəlxalq təşkilatlar formatında həll etmək əzmindəyik. Strateji inkişaf planları baxımından bizim aramızda fikir ayrılığı yoxdur. Mən həm Avropa yolunu, həm MDB çərçivəsində əməkdaşlığı, həm GUÖAM çərçivəsində əməkdaşlığı, həm də NATO çərçivəsində geniş əməkdaşlığı nəzərdə tuturam.

Bu gün bizim kontingentlərimiz İraqdadır, orada sülhyaratma borcumuzu birlikdə yerinə yetiririk. İraqın gələcəyi barədə bizim eyni baxışlarımız var. Həm BMT Təhlükəsizlik Şurasının İraq barədə qərarı mümkün qədər tezliklə qəbul etməsini, həm də İraqda Birləşmiş Millətlər Təşkilatının bayrağının qaldırılmasını istəməyimiz nöqteyi-nəzərindən də baxışlarımız uyğun gəlir. İstəyirik ki, orada mülki hökumət tezliklə formalaşdırılsın və bütün hakimiyyət İraq xalqına verilsin. Başqa heç bir problemimiz yoxdur.

Odur ki, İlham Heydəroviçi bir daha səmimi qəlbdən salamlamaq və demək istəyirəm ki, biz hamımız həmişə onu burada görməyə şad olacağıq. Bu səfərlə biz həm Azərbaycan Respublikasına, həm də Azərbaycan xalqına dərin hörmət bəslədiyimizi nəzərə çarpdırmaq istəyirik. Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

BƏYANATI

- Çox hörmətli Leonid Daniloviç, sağ olun.

Əziz dostlar!

Mən, ilk növbədə, Ukraynaya dövlət səfərinə gəlmək barədə dəvətinə görə Ukrayna Prezidenti Leonid Daniloviç Kuçmaya təşəkkür etmək istərdim.

Bu səfərin mənim üçün böyük əhəmiyyəti var. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Ukrayna və Azərbaycan xalqları arasında bütün dövrlərdə səmimi dostluq, qardaşlıq münasibətləri olmuşdur. Çox dəyərlidir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha möhkəm, daha sıx olmuşdur. Bu işdə bütün dünyada tanınmış iki liderin – öz ölkələrinin təşəkkülünün, bəlkə də, ən ağır dövründə onlara başçılıq etmiş və onları tərəqqi, iqtisadi inkişaf yolu ilə aparmış liderlərin çox böyük xidməti var. Məhz Leonid Daniloviç Kuçmanın və Heydər Əlirza oğlu Əliyevin sayəsində ölkələrimiz daha yaxın olmuş, istər ikitərəfli münasibətlərdə, istər regional təşkilatlar, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daha fəal əməkdaşlıq etməyə başlamışlar. Ona görə də inamla demək olar ki, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bizim aramızda ən dərin qarşılıqlı anlaşma, çox fəal siyasi dialoq və bütün istiqamətlərdə əməkdaşlıq mövcuddur. Bu gün görüş zamanı biz məmnunluqla qeyd etdik ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi dönmədən və ildən-ilə artır. Bu, onu göstərir ki, ilk növbədə, ölkələrimizin iqtisadiyyatı getdikcə daha da güclənir və indi Ukraynada da, Azərbaycanda da ümumi daxili məhsulun artım sürəti ən yüksək səviyyədədir, bəlkə də, dünyada ən yüksək səviyyələrdən birini təşkil edir. Birgə hökumətlərarası komissiya iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük iş görmüş, iqtisadi əlaqələrin inkişafının mühüm yollarını müəyyənləşdirmişdir.

Humanitar sahədə çoxdan yaranmış və inkişaf edən möhkəm münasibətlər mövcuddur. Azərbaycanda Ukrayna dilinə böyük hörmətlə yanaşılır və Bakı Slavyan Universitetində Ukrayna dili fakültəsi fəaliyyət göstərir. Biz buna çox qayğı ilə yanaşırıq. Azərbaycanda bütün xalqlar, bütün millətlər özlərini çox rahat, azad hiss edirlər və hökumət tərəfindən də onlara münasibət çox müsbətdir. Ölkələrimizi və xalqlarımızı bu da bir-birinə bağlayır. Bizdə dini dözümlülük, tolerantlıq mövcuddur.

Ukraynada yaşayan çoxsaylı azərbaycanlılar burada özlərini evlərindəki kimi hiss edirlər. Biz onların istər siyasi səviyyədə, istər məişət səviyyəsində, istərsə də bütün işlərdə rəhbərlik tərəfindən necə diqqət və qayğı ilə əhatə olunduqlarını bilirik. Mən buna görə də Leonid Daniloviçə və ukraynalı dostlarımıza təşəkkür etmək istərdim.

Leonid Daniloviçin qeyd etdiyi kimi, ölkələrimiz arasında problem yoxdur. Biz dostuq, tərəfdaşıq. Biz inteqrasiya proseslərimizi çox fəal inkişaf etdiririk, beynəlxalq qurumlara inteqrasiya olunuruq. Beynəlxalq işlərdə Ukraynanın və Azərbaycanın sanbalı da, əhəmiyyəti də ildən-ilə artır. Bu, ölkələrimizin uğurla inkişaf etməsinin ən mühüm göstəricisidir. Mən Leonid Daniloviçə dedim ki, son 10 ildə Azərbaycanda aparılmış siyasətin, o cümlədən də ikitərəfli münasibətlər çərçivəsində aparılmış siyasətin davam etdirilməsi üçün öz tərəfimdən bütün işləri görəcəyəm.

Prezident Heydər Əlirza oğlu haqqında dediyi səmimi sözlərə görə mən Leonid Daniloviçə çox minnətdaram. Sizin necə dostluq etdiyinizi, bir-birinizə necə dərin məhəbbət, rəğbət hissləri bəslədiyinizi mən şəxsən bilirəm, bunu Azərbaycanda da hamı bilir. Əlbəttə ki, Sizin diqqətiniz və Ukraynada Heydər Əliyevə abidə qoyulması haqqında şəxsən qəbul etdiyiniz qərar həm ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsini, həm də siyasətdə heç də sonuncu rol oynamayan məhz Sizin aranızda olmuş şəxsi, sırf insani münasibətləri bir daha nəzərə çarpdırır.

Mən səfərimdən çox razıyam, Ukraynada olmağıma çox şadam. Ümidvaram ki, belə səfərlər çox olacaqdır. Mən lap əvvəldən böyük diqqətlə, qonaqpərvərliklə, səmimi münasibətlə əhatə olunmuşam və bütün bunlara görə, ilk növbədə, Prezidentə, habelə bütün ukraynalı dostlarımıza çox minnətdaram.

Sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər. Prezident Leonid Kuçma suallardan birinə cavabında dedi ki, hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, yüz minlərlə insan qaçqın-köçkün vəziyyətindədir. Bu münaqişə sülh yolu ilə və yalnız Azərbaycanın ərazi bütövlüyü təmin edilməklə həll olunmalıdır. Zaman Azərbaycanın xeyrinə işləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?