DÖVLƏT FİLM FONDUNUN KİTABXANASINA QİYMƏTLİ ƏDƏBİYYAT VERİLMİŞDİR
Dövlət Film Fondundan AZƏRTAC-a bildirmişlər ki, tanınmış Azərbaycan operatoru, rejissoru və ssenariçisi Rasim İsmayılovun şəxsi kitabxanasından kinematoqrafiya haqqında 400 kitab fondun kitabxanasına verilmişdir.
Fondun direktoru Cəmil Quliyevin sözlərinə görə, mərhum rejissorun xanımı Nadejda İsmayılovanın təqdim etdiyi kitablar arasında nadir nəşrlər var.
Azərbaycanın əməkdar artisti, Dövlət mükafatı laureatı R.İsmayılov müxtəlif illərdə “Tələ”, “Alman klinikasına şəxsi səfər”, “Sizi dünyalar qədər sevirdim”, “İşgüzar səfər” filmlərini çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]