DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA HÜQUQİ İSLAHATLARLA BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov görüşdə qonağı salamladıqdan sonra ölkəmizdə hüquqi islahatların aparılmasında layihələrlə iştirak edən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışmış, Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan qanunların, normativ aktların və digər hüquqi sənədlərin qəbulunun vacibliyini qeyd etmişdir.
Professor-müəllim, tələbə və müdavimlər, mütəxəssislər qarşısında “Dövlət idarəçiliyində islahatların aparılması zərurəti” mövzusunda geniş məruzə ilə çıxış edən professor Rolf Knieper layihə çərçivəsində ölkəmizdə hüquqi islahatların aparılması istiqamətində görülən işlərdən, vacib normativ sənədlərin qəbulu zəruriliyindən söz açaraq, bu sahədə respublikamızda çalışan mütəxəssislərin çox iş gördüyünü söyləmişdir. Qonaq, həmçinin Almaniya hüquq məktəbi və bu məktəbin əldə etdiyi təcrübələrdən danışmışdır.
Görüşdə geniş fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]