Dövlət Komissiyası: Yanvar-aprel aylarında “802” qaynar xəttinə 292 vətəndaş müraciəti daxil olub
Bakı, 29 may, AZƏRTAC
Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802” qaynar xəttinə 292 vətəndaş müraciəti daxil olub.
AZƏRTAC xəbər verir ki, bu müraciətlərin 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]