DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Samux rayonunda Dövlət müstəqilliyi günü ilə əlaqədar ümumrayon iməciliyi keçirilmişdir. İdarə, müəssisə və təşkilatların, habelə təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə rayonun ərazisində səliqə-sahman yaradılmış, bir sıra abadlıq işləri görülmüş, yolların kənarları, səkilər qaydaya salınmışdır. Həmin gün boş sahələrdə 3 mindən artıq həmişəyaşıl ağac əkilmiş və suvarılmışdır.