Dövlət Proqramı əsasında 32 nəfər xaricdə doktorantura təhsili alacaq
Bakı, 14 dekabr, AZƏRTAC
2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair son sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 32 namizəd Dövlət Proqramına qəbul olub.
Qeyd edək ki, hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin müvafiq reytinq cədvəlləri üzrə ilk 500-də yer alan ali təhsil müəssisələrində 260 nəfər Azərbaycan Respublikası vətəndaşı doktorantura səviyyəsi üzrə təhsil alır. Tələbələr ölkənin siyasi-iqtisadi inkişafı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti ilə bağlı bilik əldə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [11:04]