DÖVLƏT PROQRAMI UĞURLA YERİNƏ YETİRİLİR
Məruzəçi sözünə davam edərək qeyd etmişdir ki, ötən il Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində rayonun Əhmədbəyli, Şirinbəy və Heydərabad kəndlərində yeni məktəb binaları inşa olunmuş, 1,5 milyard manat dövlət vəsaiti sərf edilməklə 30 kilometr uzunluğunda kənd yolları abadlaşdırılmışdır.
Natiq memarı ümummilli lider Heydər Əliyev olan aqrar islahatların uğurla həyata keçirilməsinə də toxunmuş, kənddə əsil sahibkarlıq ənənələri formalaşdığını vurğulayaraq hesabat dövründə rekord səviyyədə - 37000 ton pambıq, 58600 ton taxıl tədarük edilməsini, bütövlükdə kənd təsərrüfatından 130,4 milyard manat gəlir götürülməsini irəliləyişin bariz nümunəsi adlandırmışdır.
Məruzə ətrafında müzakirələrdə söz alan YAP rayon təşkilatı sədri Lütfəli Şıxəlıyev, təhsil şöbəsi müdiri Şamil Nurəliyev, maliyyə idarəsi müdiri Mirkamal Qiyasov, suvarma sistemləri idarəsi rəisi Tahir Rzayev, 59 saylı yol istismarı idarəsi rəisi Yusif Babayev, Şirinbəy kənd icra nümayəndəsi Süleyman Şadmanov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Ehtiram Məmmədov və başqaları da uğurları və nöqsanları tənqid və özünütənqid mövqeyindən prinsipial qiymətləndirmiş, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini vurğulamışlar.
Yığıncağın işində iştirak edən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov geniş nitq söyləmiş, qarşıda duran yeni vəzifələrdən bəhs etmiş, qaldırılan bir sıra məsələlərə münasibət bildirmişdir.
Prezident Aparatının məsul işçisi Rəhim Məmmədov və millət vəkili Gülhüseyn Əhmədov tədbirdə iştirak etmişlər.
Sonda yığıncaq iştirakçıları adından respublika Prezidentinə müraciət ünvanlanmışdır.