DÖVLƏT PROQRAMININ REALLAŞMASI İLƏ BAĞLI MÜŞAVİRƏ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bölgənin aqrar sahədə çalışan alim və mütəxəssislərinin, fermer təsərrüfatları rəhbərlərinin iştirak etdiyi tədbirdə kənd təsərrüfatı naziri vəzifəsini icra edən İrşad Əliyev, proqramın mahiyyətini açıqlamış və onun reallaşması üçün görülən və görülməsi vacib olan işlərdən danışmışdır.
Sonra mütəxəssislər və fermerlər qarşılaşdıqları problemləri açıqlamışlar.
Canlı dialoq şəklində keçən müşavirədə qeyd edilmişdir ki, texnikanın çatışmazlığı, yüksək kondisiyalı toxumların azlığı, heyvandarlıqda seleksiya-damazlıq işlərinin nəzarəstiz buraxılması, istehsal olunan məhsulların emalı və saxlanması işinin pis qurulması bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafına mane olan amillərdir. Axırda İrşad Əliyev müşavirənin işinə yekun vuraraq, söylənən irad və təkliflərin hazırlanan tədbirlər planında öz əksini tapacağını iştirakçıların nəzərinə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]