Dövlət qulluqçularının peşə bayramı Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda qeyd olunub
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, muxtar respublikanın prokurorluğunda dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən tədbirdə muxtar respublikasının prokuroru Sənan Paşayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonda bir qrup dövlət qulluqçusuna qiymətli hədiyyələr təqdim edilib.