Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağcabədidə vətəndaşlarla görüşəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 19-da Ağcabədi, Ağdam, Laçın rayonundan olan sakinlərlə görüşəcək.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Ağcabədi şəhəri Heydər Əliyev prospekti, 217 (Heydər Əliyev Mərkəzi) ünvanında baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 493 34 67; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrələr: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]