DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU 2005-Cİ İLİN GƏLİR VƏ XƏRCLƏR PROQNOZUNU YERİNƏ YETİRMİŞDİR
2005-ci ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 16,0 faiz və ya 171,6 milyard manat artaraq, 1242,0 milyard manat təşkil etmişdir. Qeyri-büdcə təşkilatlarından məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 814,1 milyard manata bərabər olmuşdur. Bu, keçən ilin müvafiq dovrünə nisbətən 14,5 faiz çoxdur.
Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulmuş məbləğdə Fondun büdcəsinə daxil olmuşdur.
Cari lin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin maliyyələşdirilməsinə ümumilikdə 1915,6 milyard manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 365,4 milyard manat və ya 23,6 faiz çoxdur. Pensiya xərcləri isə 1039,6 milyard manat təşkil etməklə, ötən ilin eyni dövrünə nisbətən 100,9 milyard manat, yaxud 10,8 faiz artmışdır.
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlər üzrə xərclər 176,9 milyard manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən bu xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlər üzrə xərclər isə 64,8 milyard manat, yaxud 57,8 faiz artmışdır. Digər müavinət növləri üzrə xərclər 698.3 milyard manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 198,9 milyard manat və ya 39,8 faiz artmışdır.
Fonda daxilolmalar 2005-ci ilin yanvar-oktyabr ayları üçün bütün pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.