Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Vətən müharibəsi qazisinin evində olub
Bakı, 26 iyun, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazisi Salayev Ulvi Babakişi oğlunun evində olub.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, o, qazini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ailənin sosial vəziyyəti ilə maraqlanıb. Qaziyə dövlətin Vətən müharibəsi iştirakçıları üçün həyata keçirdiyi sosial dəstək proqramları barədə məlumat verilib.
Qeyd edək ki, Ülvi Salayev Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb.