DÖVLƏT TİKİNTİ VƏ ARXİTEKTURA KOMİTƏSİNİN MÜTƏXƏSSİSLƏRİ TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİNİ ÖYRƏNİRLƏR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, mütəxəssislər həmin rayonlarda yaranmış vəziyyətlə əlaqədar yerlərdəki fövqəladə hallar komissiyaları ilə birlikdə ictimai binaları, yaşayış evlərini nəzərdən keçirəcək, gələcəkdə qəza təhlükəsi ehtimalı yarana biləcək tikililəri müəyyənləşdirəcəklər. Mövcud vəziyyət və görülməsi zəruri olan tədbirlər barədə respublika Fövqəladə Hallar Komissiyasına məlumat veriləcəkdir.