D.Peskov: Ermənistanın KTMT ilə bağlı qərarı araşdırılacaq
Moskva, 10 yanvar, AZƏRTAC
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın bu qurumla bağlı mövqeyini araşdıracaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə müsahibəsində 2023-cü ildə KTMT təlimlərinin ölkə ərazisində keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. D.Peskov KTMT üzvlərinin məsələni araşdıracaqlarını, Rusiyanın Ermənistanla dialoqu davam etdirəcəyini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]