DRENAJ ŞƏBƏKƏLƏRİ BƏRPA OLUNUR
Sabirabad, 6 iyul (AZƏRTAC). Dünya Bankının maliyyə yardımı ilə Sabirabad rayonunun kəndlərində drenaj şəbəkələrinin bərpası layihələrinin icrası davam etdirilir.
Artıq rayonun Cavad kəndində 1 milyon manatlıq meliorasiya tədbirləri həyata keçirilmişdir. Nizamikənd və Nəsimikənd yaşayış məntəqələrində isə ümumi dəyəri 1,2 milyon manat təşkil edəcək layihələrin tam reallaşdırılması planlaşdırılır. Artıq bu kəndlərdə nəzərdə tutulan işlərin 80 faizdən çoxu görülmüşdür. Ümumiyyətlə, həmin yaşayış məntəqələrində 70 kilometr uzunluğunda kanal, 40 kilometrlik kollektor lildən təmizlənmiş, 20-dək sunizamlayıcı quraşdırılmışdır.
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 5 min hektar torpaq sahəsinin suvarma imkanlarını artıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]