DÜNYA BANKININ MİSSİYASI BAKIYA GƏLƏCƏK
Dünya Bankının əməkdaşlarından ibarət qrupun sentyabrın 30-da Bakıya gələcəyi gözlənilir. Səfər zamanı onlar respublikamızın təhsil sistemində islahatlar layihəsinin həyata keçirilməsi üçün Dünya Bankının ayırdığı 480 min dollar məbləğində qrant sazişinin gerçəkləşdirilməsinin gedişi ilə tanış olacaqlar.
Dünya Bankı 3-4 il müddətinə nəzərdə tutulan layihənin birinci mərhələsi üçün 14 milyon dollar ayırmağa razılıq vermişdir. Kredit ildə 0,7 faizlə 35 il müddətinə ayrılır. Gələn ilin yazınadək kredit sazişinin bütün təfərrüatı dəqiqləşdiriləcək, 2003-cü ilin dekabrında isə birinci mərhələnin gerçəkləşdiriıməsinə başlanacaqdır. Həmin mərhələdə təhsil sistemində köklü islahatların aparılması, müəllimlərin ixtisasının artırılması, təhsil proqramlarının təkmilləşdirilməsi, təhsilin idarəedilməsi sisteminin kompüterləşdirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]