Dünya bazarında düyünün qiyməti son 15 ildə ən yüksək səviyyəyə çatıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Düyünün dünya bazarlarında qiyməti avqust ayında son 15 ildəki ən yüksək səviyyəsinə çatıb. Bu rəqəm Hindistanın bu dənli bitki növünün ixracına məhdudiyyətlər tətbiq etməsindən sonra iyul ayı ilə müqayisədə 9,8 faiz artıb.
AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, düyünün bütün növləri üzrə qiymətlərin bahalaşması dünyanın ən iri düyü ixracatçısı olan Hindistanın “İndica” ağ düyü növünün ixracına qoyduğu qadağadan sonra düyü ticarətində fasilələrin yaranmasına səbəb olub.
FAO-nun məlumatına əsasən, dünya üzrə dənli bitkilərin istehsalı 2,815 milyard tona çatacaq ki, bu da 2021-ci ildə əldə edilmiş rekorda tam uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]