Dünya çempionatının ikinci günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparıb
Bakı, 29 avqust, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə - avqustun 29-da Azərbaycan idmançıları çıxışlarını yekunlaşdırıblar.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə qadınlar 52, kişilər isə 66 kiloqram çəki dərəcələrində qüvvələrini sınayıblar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsuren və Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil ediblər.
Nəzakət Əzizova dünya çempionatına qələbə ilə başlayıb. İlk görüşdə mərakeşli İkram Sukateni 52 saniyəyə ipponla məğlub edən cüdoçumuz onaltıdabir finalda kosovalı Distria Krasniqə uduzub. Digər cüdoçumuz Buyanxişiq Purevsuren isə rusiyalı Olimpiya və dünya mükafatçısı Natalya Kuzyutina ilə görüşdə məğlub olub.
Kişilərin yarışında isə Nicat Şıxəlizadə qazaxıstanlı Yeldos Jumaxanov ilə görüşdə məğlub olaraq, dünya çempionatında çıxışını dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]