“DÜNYA GÖZƏLİ-2008” MÜSABİQƏSİNİN FİNAL YERİ DƏYİŞDİRİLƏCƏK
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Dünya gözəli-2008” müsabiqəsinin oktyabrın 4-də Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi nəzərdə tutulan final mərhələsi Cənubi Osetiyadakı hadisələrlə əlaqədar başqa yerdə keçiriləcəkdir.
Müsabiqənin təşkilatçılarının fikrincə, Ukrayna münaqişəyə təkcə siyasi deyil, həm də hərbi cəhətdən də cəlb oluna bilər. Ona görə də müsabiqənin yerinin dəyişdirilməsi barədə qərar həm iştirakçıların, həm də tamaşaçıların təhlükəsizliyi ilə bağlıdır. Ancaq hər halda, müsabiqənin final mərhələsi ilin sonunadək keçirilməlidir.
Gözəllik müsabiqəsinin finalının harada keçiriləcəyi hələ dəqiqləşdirilməyib. Amma Kiyev şəhər administrasiyası başçısının müavini Vitali Juravski bildirmişdir ki, isti iqlimi olan ölkə (və ya ekzotik ada) olacaqdır.
“Dünya gözəli” müsabiqəsi 1951-ci ildən bəri hər il keçirilir. 1990-cı ilədək müsabiqə Londonda keçirilirdi, son illərdə isə yeri, demək olar ki, hər il dəyişir. Müsabiqənin finalını 70-dən çox ölkədə 2 milyard tamaşaçı birbaşa izləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]