Dünya ikincisi olan Azərbaycan güləşçisi: Əsas hədəfim Olimpiya Oyunlarıdır
Bakı, 25 avqust, AZƏRTAC
Asiya ölkələrinin təmsilçiləri də dünya çempionatında iştirak etdikləri üçün yarış çətin keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında gümüş medal qazanmış Azərbaycan idmançısı Ruzanna Məmmədova (62 kiloqram) deyib.
O, güclü rəqiblərə qalib gələrək finala yüksəldiyini bildirib: “Finalda ilk hissədə hər şey yaxşı idi. 6:0 öndə idim. İkinci hissədə çox yoruldum. Dözümlülüyüm çatmadı deyə son xal prinsipinə əsasən məğlub oldum. Düzdür, nəticə məni qane etmir. Oraya qızıl medal üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il “qızıl”la qayıdacağam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, Olimpiya Oyunlarına lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə, bu yarışlar məni oraya aparan yoldur. İnanıram ki, U-23 dünya çempionatında da istədiyim kimi mübarizə apararam”.
Qeyd edək ki, digər qadın güləşçi Günay Qurbanova isə dünya çempionatında bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]