Dünyada bir milyonadək bitki və heyvan növünün kökü kəsilmək üzrədir
Vyana, 25 aprel, AZƏRTAC
Dünyada ekoloji vəziyyətin getdikcə pisləşməsi bitki və heyvan növlərinin sayının sürətlə azalmasına səbəb olur. BMT-nin hesabatına əsasən, yaxın onilliklərdə bir milyonadək bitki və heyvan növünün kökü kəsilə bilər.
AZƏRTAC xəbər verir ki, BMT-nin Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Dövlətlərarası Platformasının (IPBES) hazırladığı hesabatda kənd təsərrüfatı, meşələrin qırılması, mədən sənayesi, intensiv balıqçılıq və ovçuluğun növ müxtəlifliyinə böyük zərbə vurduğu qeyd edilib. Hesabatda göstərilir ki, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinin də növlərin məhvində böyük payı var.
Ekspertlərin rəyinə görə, hazırda canlıların “kütləvi qırğını” baş verir. Canlıların kütləvi məhvi son 500 milyon ildə artıq beş dəfə baş verib. Budəfəki fəlakətdə isə insan əlinin izləri ön planda dayanır.
Gələn həftə Parisdə beynəlxalq konfrans çərçivəsində təqdim ediləcək hesabatın hazırlanmasında 50-dən artıq ölkədən 150-dən çox ekspert üç il ərzində çalışıb. Hesabat konfransda IPBES-ə qoşulan 130 ölkənin nümayəndələri tərəfindən müzakirə olunacaq və mayın 6-da rəsmi təqdimat mərasimi keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]