Dünyada ilk modulyar pilotsuz uçan aparat yaradılıb VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Pilotsuz uçan aparat (dron) bir çox hallarda böyük hündürlükdən yerə düşərkən sınır. "Makeblock" istehsalçılar komandası dünyada "Airblock" adlı ilk modulyar dron yaratmaqla bu problemi orijinal üsulla həll ediblər. Yeniliyin prosessoru, motorları və rotorları bir ədəd penoplast çərçivə altında yığılıb və maqnitlərin köməyi ilə bir-birinə bərkidilib. Layihənin yaradıcıları öz həllini "Kickstarter" pul toplama resursunda yerləşdiriblər və bir gündən az müddət ərzində lazımi məbləğ toplanılıb.
AZƏRTAC "4pda.ru" saytına istinadən yazır ki, dron mobil proqram ilə idarə olunur. "Airblock" adlı pilotsuz uçan aparatın modullarını istənilən kombinasiyada yığmaq və proqram kodunun köməyi ilə işə salmaq olar.