Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanı fəlakətə sürükləyən qaranlıq gücün oxu Azərbaycanda daşa dəydi

Maliyyə möhtəkirlərinin “xaç atasının” qlobal fırıldaqları

Bakı, 6 sentyabr, AZƏRTAC

1992-ci il sentyabrın 15-də Böyük Britaniyada “Qara çərşənbə” kimi tarixə düşən funt sterlinqin dəyərdən salınması kimi böyük möhtəkirlik əməliyyatı həyata keçirildi. Hiyləgər şəkildə düşünülmüş maliyyə fırıldağının müəllifi Corc Soros (Şoroş Şvarts) idi. Bu məşhur möhtəkirin birjalardakı adamları Britaniya valyutasını ciddi şəkildə dəyərdən sala bilmədilər, hərçənd funt-sterlinqin “Avropa Dərəcə Mexanizmi” (ERM) sistemindən çıxarılmasına nail oldular. Həmin möhtəkirlik əməliyyatından bir gündə 1 milyard dollar əldə edilmişdi. Corc Sorosun sonrakı illər hansı əməllər törədəcəyi o zaman çoxlarının ağlına gəlmirdi.

Corc Soros təsis etdiyi “Quantum Fund” maliyyə qurumu ilə “uğurlu” Britaniya əməliyyatının ardından Asiya birjalarına girişdi. Bu regionda da fəal möhtəkirlik əməliyyatının nəticəsi olaraq milli valyutaların dəyərsizləşməsi və sosial gərginliyin artması baş verdi. 1997-1998-ci illərdə Tailand və Malayziyadakı ciddi iqtisadi böhran sonralar İndoneziya, Cənubi Koreya və Filippinə də sıçramış oldu. Maliyyə möhtəkirləri həmin illər misilsiz uğurlar əldə etmiş, milyardlarla dollar onların “xaç atası” Sorosun cibinə axmışdı. Amansız və hiyləgər maliyyə oyunları nəticəsində iqtisadiyyatı daha güclü olan Yaponiya belə böhrana yuvarlanmışdı.

2008-ci ilin sentyabrında ABŞ-ın ən qüdrətli maliyyə holdinqi “Lehman Brothers”in iflası və ardından başlayan və hələ də davam edən qlobal maliyyə böhranı da Corc Sorosun möhtəkirliyinin nəticəsi idi. Belə ki, həmin ilin əvvəlində bu holdinqin 10 milyard ABŞ dolları dəyərində səhmlərini alan məşhur maliyyə möhtəkiri onu böhran olacağı şayiəsi ilə sataraq qlobal maliyyə bazarlarını dağıtmağa və Barak Obamanı Birləşmiş Ştatların prezidenti seçdirməyə nail olmuşdu. Məqsəd, “iqtisadi vəziyyət pisdir” deyən Obamanın seçkilərdəki rəqibi senator MakKeynin “iqtisadiyyat normal məcrasındadır” fikrinə qarşı haqlı çıxarılması idi.

“Nyu-York Tayms” qəzetinin ən çox oxunan müəllifi Daq Keysi öz məqaləsində Sorosun “bulanıq suda balıq tutmaq” məharətini geniş təhlil edərək belə qənaətə gəlmişdi ki, onun maliyyə spekulyasiyaları dünyanın müxtəlif ölkələrində iqtisadi və sosial böhranlara səbəb olmaqla yanaşı, sabitliyin pozulması, həmçinin münaqişə ocaqlarının yaranması ilə müşahidə olunur. Ukraynadakı proseslərdə, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda, regional və transmilli enerji layihələrinin əngəllənməsində də Sorosun əli olduğu barədə təkzibolunmaz faktlar mövcuddur.

Corc Soros və dünyanı silkələyən “demokratiya” oyunları

ABŞ-ın keçmiş prezidenti Corc Buşun zamanında geniş vüsət alan Yaxın Şərq və keçmiş Sovet məkanına “demokratiya” ixracının hansı faciəli nəticələrə gətirib çıxardığını yazmağa ehtiyac yoxdur. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, Ağ evin sonrakı sahibi Barak Obamanın seçilməsini də məhz Corc Soros maliyyələşdirib. Şərhçi Ueyn Medsenin “Cyrano`s Journal” nəşrinin 2015-ci il 13 yanvar tarixli nömrəsində dərc olunmuş məqaləsində göstərilir ki, bir çox ölkələrdə “rəngli inqilab”ların, hakimiyyət dəyişikliyinin zorakı üsullarla həyata keçirilməsini maliyyələşdirən virtuoz manipulyator Birləşmiş Ştatlarda 2008-ci və 2012-ci il prezident seçkilərində milyonlarla dollar xərcləməklə Obama administrasiyasının yaratdığı münbit şəraitdən yararlanaraq milyardlarla dollar əldə etmişdir. O zamanın baş prokuroru Loretta Linch Sorosu Barak Obamanın “pul çantası” adlandırmışdı. Kiyevdəki “Maydan” hadisələrini Skopyedə təkrar etmək üçün pul ayıran Corc Soros ABŞ-ın bu ölkələrdəki diplomatik korpuslarını idarə etməyə belə nail olmuşdu. Dövlət katibi Hillari Klintonun elektron poçtunda aşkar edilmiş bir məktubda deyilir ki, Soros sonradan Obamaya göstərdiyi dəstəyə görə təəssüfləndiyini də bildirmişdir.

Milliyyətcə yəhudi olan Corc Sorosun vətəni Macarıstanda da, İsrail Dövlətində də bədnam reputasiyası vardır. Bu il iyulun 19-da Budapeştdə səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu və Macarıstan Prezidenti Viktor Orban arasında olan görüşdə Sorosun Macarıstanda xaos yaratmaq planlarından narazılıq ifadə olunmuş, onun küçə və meydanlarda asılmış plakatları yığışdırılmışdı.

Avropadakı siyasi və iqtisadi təhlilçilər Brexit əməliyyatında da Soros izindən yazırlar. Onun mütəşəkkil möhtəkirlər dəstəsinin əsas məqsədi Britaniya ilə Avropa İttifaqı arasında nifaq yaratmaqla əlavə pul qazanmaqdır. İngiltərə mətbuatının yazdığına görə, Soros Brexit referendumu ərəfəsində mühafizəkar qruplara böyük maliyyə dəstəyi göstərmişdir.

Azərbaycanda boşa çıxan niyyətlər

Maliyyə fırıldaqçılarının “xaç atasının” sərvətini artırmaq naminə qlobal miqyasda böyük kataklizmlərə rəvac verən möhtəkirlərin planları Azərbaycanda boşa çıxdı. Sorosun Açıq Cəmiyyət Fondu neft iyinə gəldiyi Azərbaycanda “demokratiya” ixracını, “rəngli inqilab”ları həyata keçirə bilmədi. Bu fiaskonun səbəbi ölkəmizdə müstəqil siyasət aparan güclü iqtidarın olması, Azərbaycanın böyük iqtisadi gəlirlərinin Sorosun öz şərtlərini diktə etmək üçün ayırdığı pulları heçə çıxarması və cəmiyyətimizin saxta “demokratiya” ideyalarının arxasında hansı fitnə-fəsadların olduğunu aydın şəkildə görməsi oldu. 2011-ci ildə ölkəmizdə fəaliyyətini dayandıran Açıq Cəmiyyət Fondu bu reallıqla hesablaşmalı oldu, lakin ölkəmizə və Prezident İlham Əliyevə qarşı böhtan və qarayaxma kampaniyasını davam etdirmək niyyətindən əl çəkmədi.

“Demokratiya və insan haqları” adı altında hakimiyyətin seçkilər yolu ilə deyil, zorakılıq əməllərinə söykənən prinsiplərlə ələ keçirilməsini maliyyələşdirən Corc Soros ölkəmizdə zəif hakimiyyətin olmasını və bundan da möhtəkirlik məqsədilə yararlanmaq planını hazırlamışdı. Puç olmuş arzuların fonunda erməni lobbisi ilə əlbir olub böhtan kampaniyasını davam etdirən qlobal maliyyə mafiyasına kəskin və layiqli cavabı isə beynəlxalq ictimaiyyət verməlidir. Bu mafiyanın gəliri üçün axıdılan yüz minlərlə insan qanı bunu tələb edir.

Azərbaycan xalqı sorosların məkrli niyyətlərinə qarşı dövlətimizin başçısını hər zaman dəstəkləməklə ölkəmizdə möhkəm sabitliyi və tərəqqini təmin etmiş, bununla da Corc Sorosa layiqli cavabını vermişdir.

Oqtay Bayramov

Jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib