Dünyanın ən xoşagəlməyən himni müəyyənləşdirilmişdir
Bakı, 31 iyul (AZƏRTAC). Britaniyanın “The Telegraph” nəşri London Olimpiadasında iştirak edən dövlətlərə məxsus ən xoşagəlməyən himni müəyyənləşdirmişdir.
Nəşr İspaniyanın himnini dünyanın ən pis himni hesab etmişdir.
Aparılan araşdırmalar nəticəsində növbəti yerlərdə Koreya Xalq Demokratik Respublikası, Uruqvay və Yunanıstan dayanır. Siyahını Əlcəzair, Kolumbiya, İraq, Burkino-Faso, Qazaxıstan, Konqo Demokratik Respublikası tamamlayır.
Qeyd edək ki, bu tip reytinqlərdə nəticələr heç bir arqumentə əsaslanmır. Məsələn, “The Telegraph”ın İspaniyanı bu siyahıya daxil etməsinə səbəb bu ölkənin himnində sözlərin olmamasıdır.
2007-ci ildə İspaniyada dövlət himn üçün ən yaxşı sözlərin yazılması üzrə müsabiqə keçirilsə də, ictimaiyyətin kəskin tənqidləri sonda təşkilatçıları himnə sözlərin əlavə edilməsi fikrindən daşınmağa vadar etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]