Dünyanın ən yaşlı olimpiyaçısı Feliks Sienra vəfat edib
Bakı, 1 fevral, AZƏRTAC
Uruqvay sakini, 1948-ci ildə London Yay Olimpiya Oyunlarının iştirakçısı olan Feliks Sienra 107 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.
Bildirilib ki, idmançı Olimpiadanın ən yaşlı iştirakçısı idi. Onun yelkənli idman növündə mübarizə apardığı qeyd edilir. Sienra 1948-ci ildə London Yay Olimpiya Oyunlarında altıncı olub.
Sienranın ölümündən sonra hazırda yaşayan ən yaşlı olimpiyaçı alman atlet Villi Büsinqdir. O, 1952-ci il Yay Olimpiya Oyunlarında iştirak edib. V.Büsinqin mart ayında 102 yaşı tamam olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]